Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Raqub
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Cəbrayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qeybət etməyi sevməz, ürəyi təmiz, heç kəsin paxıllığını çəkməzdi. Özünə qapalı, dostu üçün canından keçərdi. Qeyrətli, kömək etməyi sevən insan olub.
Ata: Cəbrayılov Raqub Cəbrayıl oğlu Ana: Həsənova Mahiyyə Əflan qızı Bacı: İbrahimli Gülnar Raqub qızı Bacı: İbrahimli Sürayyə Raqub qızı