Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Tofiq
Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhəri 6 saylı məktəbin 11 -ci sinifini bitirərək Gəncə Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət Göygöl şəhər 1 saylı məktəbdə və Çaylı kənd məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. Ailəli idi və 2 övladı var idi.
Kapitan Cəbrayılov universiteti başa vurduqdan sonra 2003-2004-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və Təlim Tədris Mərkəzində təhsil alaraq leytenant rütbəsi almışdır. 2013-cü ildə Elnur Cəbrayılov müəllimlik vəzifəsindən könülü ərizəsi ilə ayrılmış və həmin ildən leytenant rütbəsi ilə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır.
2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş və yaralı hərbiçi yoldaşlarına köməklik göstərmişdir. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə ona kapitan rütbəsi verilir.
2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın ani hücumunun qarşısının alınması və erməni işğalı altında olan torpaqların azad edilməsi uğrunda başladılan Vətən Müharibəsi zamanı kapitan Cəbrayılov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabr ayının 12-də Elnur Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində düşmən postuna daxil olur. Elə həmin gündən şəhid kapitandan bir daha xəbər alına bilmir. Bir müddət onun adı itkin düşmüş hərbçilər siyahısında qalır. 16 yanvar 2021-ci il tarixində Elnur Cəbrayılovun nəşi tapılaraq DNT analizi ilə təsdiq edilər və Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Cəbrayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Cəbrayılov ölümündən sonra III dərəcəli "Rəşadər" ordeni ilə təltif edildi.
Mərd, cəsur, ləyaqətli insan olub.
Ana: Rzayeva Elnurə Ağası qızı Həyat yoldaşı: Namazova Günel Sarı qızı Oğlu: Cəbrayılov Cəbrayıl Elnur oğlu Oğlu: Cəbrayılov Murad Elnur oğlu