Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Nəcəf
Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Ruslan Cəfərli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 24.06 2021 - ci il Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Sərancamı ilə Ruslan Nəcəf oğlu Cəfərli "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) və "Cəsur döyüşçü" (ölümündən sonra) medalları ilə təlif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ruslan Nəcəf oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhid Ruslan Cəfərliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Mülayim, zəhmətkeş, mərd bir insan idi.
Ata: Cəfərov Nəcəf Nifdəli oğlu Ana: Nağıyeva Tahirə Səfi qızı Bacı: Kərimova Günay Nəcəf qızı