Cəfərli Şahin Şamil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərli Şahin Şamil

Ata adı: Şamil

🐣
Doğum — Oğuz Xalxalqışlaq kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murov
📍
Dəfn Olunduğu Yer Oğuz Xalxalqışlaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Şahin Cəfərov uşaqlıqdan texnikaya xüsusi maraq göstərirdi. Onda bu həvəs atası traktorçu olduğu üçün yaranmışdır. Ailəli idi, 1 övladı yadigar qaldı.
Şahin Cəfərli 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olarkən atası Şamil dayı dəfələrlə komandanlığın təşəkkür məktublarını almışdır. Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir. 2020-ci ilin sentyabrında səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilmişdi.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şahin Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Şahin Cəfərli oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Şahin Cəfərli oktyabrın 2-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şahin Cəfərli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şahin çox ürəyiaçıq, səmimi insan idi. Hər zaman böyük-kiçik yeri bilən, hər kəsin sevgisinə layiq bir insan olmuşdur. Çox ünsiyyətcil olduğu üçün hər yerdə hörmət və çoxlu dost qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu Qumlaq kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Cəfərov Şamil Cəfər oğlu Ana: Cəfərova Gülər Zahid qızı Bacı: Cəfərova Günay Şamil qızı Qızı: Cəfərli Jasmin Şahin qızı Həyat yoldaşı: Muxtarova Elvira Nizami qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər