Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fərhad
Cavid Cəfərov 1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2000-2009-cu illərdə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Texniki Kollecində təhsilini davam etdirmiş, 2013-cü ildə kolleci "nəqliyyatda daşımaların və idarə etmənin təşkili” ixtisası üzrə bitirmişdir.
2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Cavid Cəfərov 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurmuşdur. Həmin ilin 13 oktyabr tarixindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Cavid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cavid Cəfərov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində yaralı komandirini xilas edərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban və cəsur insan olub.
Ana: Cəfərova Nəzakət Məhəmmədəli qızı Ata: Cəfərov Fərhad Qəzənfər oğlu Qardaş: Cəfərov Xəyyam Fərhad oğlu