Cəfərov Əli Bəyulla
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov Əli Bəyulla

Ata adı: Bəyulla

🐣
Doğum — Astara Maşxan kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Astara Maşxan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə kənd tam orta məktəbində təhsilini almışdır. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olmuşdur.
Əli 2011-ci ildə hərbi xidmətə başlayıb. Ağdam rayon N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə 21 oktyabrda könüllü olaraq qoşulmuşdur. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil etmişdir. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərmişdir və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əli Cəfərov 4 noyabr 2020-ci ildə Astara rayon Maşxan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əli Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Humanist, dərin düşüncəli, tərbiyəli insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nizami Əliyev adına Maşxan orta məktəbi
İş Yeri Abşerontaxıl MMC
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərov Bəyulla Dünyamalı oğlu Ana: Əsədullayeva Telli Əliaga qızı Bacı: Cəfərova Günel Bəyulla qızı Bacı: Cəfərova Günay Bəyulla qızı Bacı: Cəfərova Təhminə Bəyulla qızı Bacı: Cəfərova Aysel Bəyulla qızı Bacı: Cəfərova Cəmilə Bəyulla qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər