Cəfərov Elməddin Hümbət
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov Elməddin Hümbət

Ata adı: Hümbət

🐣
Doğum — Xızı Şorabad qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Xızı Şorabad qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.
Ailəli idi, 2 övladı var.
2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan “Vətən Müharibəsi”ndə iştirak etmişdir.
Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxartmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə yüksəlir.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Elməddin Cəfərov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları və III dərəcəli “ Vətənə xidmətə görə”  ordeni ilə  təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Hər kəsi güldürən, zarafatcıl, mərd, cəsur, vətənini çox sevən, vətəni üçün hər zaman canından keçməyə hazır oğul olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xızı rayonu Şorabad kənd tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Cəfərov Hümbət Əziz oğlu Ana: Cəfərova Zəhra Musa qızı Bacı: Nəzərəliyeva Şəhla Hümbət qızı Həyat yoldaşı: Cəfərova Aysel Namiq qızı Qızı: Cəfərzadə Sevgi Elməddin qızı Oğlu: Cəfərzadə Hümbət Elməddin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər