Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Malik
Cəfərov Elşad Malik oğlu 1999-cu il noyabr ayının 27-də Sabirabad rayonu Qalağayın kəndində anadan olmuşdur. Elşad Cəfərov orta təhsilini Qalağayın kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşad Cəfərov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Elşad Cəfərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşad Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Cəfərov Malik Aydın oğlu Ana: Cəfərova Solmaz Məmiş qızı Qardaş: Cəfərov Elçin Malik oğlu Qardaş: Cəfərov Aydın Malik oğlu