Cəfərov İbrahim Şamil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov İbrahim Şamil

Ata adı: Şamil

🐣
Doğum — Ağstafa Yenigün kəndi
🕊️
Şəhadət — Qubadlı Balasultanlı kəndi
📍
Dəfn Olunduğu Yer Ağstafa Yenigün kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrahim Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub.  2004–2015-ci illərdə İ. Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsində təhsil alıb. Subay idi.

İbrahim Cəfərov 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İbrahim Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Cəfərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. 18 gün koma vəziyyətində qalıb. İbrahim Cəfərov noyabrın 7-də şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, hamıya kömək edən, mərd, cəsur, qohumcanlı, qayğıkeş, mülayim insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayonu, Qaçaq Kərəm kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Neft Akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərov Şamil Həsənəli oğlu Ana: Muxtarova Sənəm Nəsrəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər