Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Asif
Cəfərov Mahir Asif oğlu 1986-cı il sentyabr ayının 13-də Ağcabədi rayonu Sarvanlar kəndində anadan olmuşdur. Mahir Cəfərov orta təhsilini Sarvanlar kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mahir Cəfərov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
Mahir Cəfərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mahir Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər, cəsur insan idi.
Ata: Cəfərov Asif Qüdrət oğlu Ana: Cəfərova Nuridə Rəşid qızı Qardaş: Cəfərov Arzuman Asif oğlu Qardaş: Cəfərov Elgün Asif oğlu Qardaş: Cəfərov Hafiz Asif oğlu Həyat yoldaşı: Cəfərova Aytəkin Telman qızı Qızı: Cəfərova Ceyran Asif qızı Oğlu: Cəfərov Asif Mahir oğlu Oğlu: Cəfərov Rahim Mahir oğlu