Cəfərov Rəvan Məhəmmədəli
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov Rəvan Məhəmmədəli

Ata adı: Məhəmmədəli

🐣
Doğum — Tovuz Əlimərdanlı kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Tovuz Əlimərdanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cəfərov Rəvan Məhəmmədəli oğlu 2004-cü ildə fevralın 10-u Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Ailənin sonbeşiyi olan Rəvan 2010-cu ildə Əlimərdanlə kənd orta məktəbinin birinci sinifinə gedib. 2021-ci ildə orta məktəbi bitirən Rəvan Cəfərov Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Cəfərov Rəvan Məhəmmədəli oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Rəvan Cəfərov 22 sentyabr 2023-cü ildə böyüdüyü Əlimardanlı kənd qəbiristanlığında dəfn edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəvan Cəfərov ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qoçaq, vətənini sevən, valideynlərinə kömək edən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb M.Musayev adına Əlimərdanlı kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərov Məhəmmədəli Əli oğlu Ana: Sarıyeva Səkinə Məhəmməd qızı Qardaş: Cəfərov Elsevər Məhəmmədəli oğlu Qardaş: Cəfərov Əli Məhəmmədəli oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər