Cəfərov Röyal Vaqif
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov Röyal Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cəfərov Röyal Vaqif oğlu 7 dekabr 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2009-cu ildə Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbi bitirmişdir. 

2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət  etmişdir.2012-ci ildən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində MAHHX HQ kimi xidmətə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, əvvəl Murov zirvəsi, daha sonra isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Qubadlı rayonunun işğaldan azad olunmasında böyük şücaət göstərərək rayonun mərkəzində yerləşən beşmətrəbəli binanın üstünə Azərbaycan Respublikasının dövlət bayrağını sancmışdır. 4 noyabr 2020-ci ildə Laçın dəhlizində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 

7 noyabr 2020-ci ildə Gəncədəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Cəfərov Röyal Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra)  medalı ilə təltif edilmişdir. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəfərov Röyal Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, qayğıkeş, istiqanlı, ailəsini, övladlarını çox sevən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 18 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Cəfərov Vaqif Nəriman oğlu Ana: Cəfərova Afət Mais qızı Qardaş: Cəfərov Nəriman Vaqif oğlu Həyat yoldaşı: Cəfərova Firuzə Azad qızı Qızı: Cəfərova Yağmur Röyal qızı Oğlu: Cəfərov Rüzgar Röyal oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər