Cəfərov Səid Zəfər
MAHHXHQ baş çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov Səid Zəfər

Ata adı: Zəfər

🐣
Doğum — Neftçala Dördlər kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Neftçala Dördlər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ baş çavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səid Cəfərov 1993-cü il fevralın 4-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. 1999-2010-cu illərdə İ. Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb.
Səid Cəfərov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Səid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Cəfərov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, sakit təbiətli idi. Səbirli və təmkinli olmağı, ona hamının yanında hörmət qazandırmışdır. Səid olduqca intellektual biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayonu, Dördlər kəndi İ. Səfərov adına tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili Qoşunları
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərov Zəfər Cəfər oğlu Ana: Cəfərova Könül Ədalət qızı Bacı: Cəfərova Aygün Zəfər qızı Qardaş: Cəfərov Semur Zəfər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər