Cəfərov Sübhan Mehman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərov Sübhan Mehman

Ata adı: Mehman

🐣
Doğum — Ağsu
🕊️
Şəhadət — Tərtər Talış kəndi
📍
Dəfn Olunduğu Yer Ağsu Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sübhan Mehman oğlu Cəfərov 1999-cu ildə Ağsu şəhərində anadan olub. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Subay idi.
Sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı əks-hücum əməliyyatı başlayanda minlərlə gənc kimi, o da hərbi komissarlığa müraciət edərək könüllü olaraq cəbhəyə getmək istədiyini bildirdi. Döyüşlərin ikinci günü ön cəbhədə erməni işğalçılarına qarşı savaşa atıldı.
Vətəni sevən bir gənc kimi igidliklə vuruşdu, torpaqlarımıza xaincəsinə soxulan düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Oktyabrın 10-da isə Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid oldu.

Şəhid Sübhan Cəfərov Ağsu şəhərindəki Şəhidlər xiyabanında uyuyur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sübhan Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, ailəcanlı, dostcanlı, vətənpərvər gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağsu şəhəri 2 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərov Mehman Cəfər oğlu Ana: Cəfərova Almaz Talış qızı Qardaş: Cəfərov Səbuhi Mehman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər