Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Cümşüd
Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-ci ildə Göygöl rayonu Danayeri kəndində anadan olub. Müharibə zamanı Baş mexanik akumlyatorçu kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatında döyüş yolu keçib. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəfərov Surxay Cümşüd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, cəsur, qorxmaz insan olub.
Ana: Cəfərova Gülarə İmran qızı Qardaş: Cəfərov Nəsimi Cümşüd oğlu