Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nadir
Tehran Cəfərov 1992-ci il martın 12-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Tehran Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tehran Cəfərov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Günəşli kənd məzarıstanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tehran Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, işgüzar və səmimi biri idi. Çox danışmağı sevməzdi. Ailəsinə çox bağlı, ata-anaya, bacı-qardaşa hörmət edən, qayğısına qalan biri idi. Vətəninə sevgisi sonsuz idi. Gedən döyüşlərdə də qəhrəmanlıq göstərərək son damla qanına kimi vuruşmuş və şəhidlik zirvəsinə yüksəlmişdir.
Ata: Cəfərov Nadir Hüseynağa oğlu Ana: Abıyeva Tutayı Adıgözəl qızı Qardaş: Cəfərov İlkin Nadir oğlu Qardaş: Cəfərov Əsgər Nadir oğlu Bacı: Cəfərova Arzu Nadir qızı Qardaş: Cəfərov Seyran Nadir oğlu Bacı: Cəfərova Nadir qızı Həyat yoldaşı: Qurbanova Gültəkin Mehdi qızı Qızı: Cəfərli Nahidə Tehran qızı Oğlu: Cəfərli Nadir Tehran oğlu Oğlu: Cəfərli Sanur Tehran oğlu