Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Qalib
Cəfərov Xəzər Qalib oğlu 1991-ci il iyun 17 -də Neftçala şəhərində anadan olmuşdur. Cəfərov Xəzər orta təhsilini Neftçala şəhəri Ə. Piriyev adına 2 saylı tam orta məktəbdə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş və leytenant rütbəsi alaraq oranı bitirmişdir.
2020- ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Cəfərov Xəzər Qalib oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Cəfərov Xəzər Qalib oğlu Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cəfərov Xəzər Qalib oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsarətli, mehriban insan idi.
Ana: Cəfərova Sahirə Teymur qızı Həyat yoldaşı: Cəfərova Bülülxanım Azər qızı Qızı: Cəfərli Dəniz Xəzər qızı Qızı: Cəfərli Yağmur Xəzər qızı