Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Hilal
Cəfərova Dürrə Hilal qızı 17 aprel 1967-cı ildə Goranboy rayonunun Safikürd kəndində doğulmuşdur. 1974-1984-cü illərdə Goranboy rayonunun Safikurd kənd orta məktəbinə təhsil almışdır. 1984-cü ildə Gəncə Tibb Kollecinə daxil olmuş, 1988-ci ildə təhsilini başa vurmuşdur. 1988-ci ildə Xəlilov Rahib Ibrahim oğlu ilə ailə həyatı qurmuş, 1989-cu ildə Gəncə şəhərinə köçmüşdür. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibb bacısı işləyirdi. Ailəli, 3 övlaa anası idi.
Dürrə Cəfərova 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Cəfərova Dürrə Hilal qızına şəhid statusu verilmişdir.
Çox mehriban, səmimi, qayğıkeş, ailəsinə bağlı, övladlarını sevən xanım idi.
Ata: Cəfərov Hilal Məhəmməd oğlu Ana: Cəfərova Gülşan Nizami qızı Bacı: Cəfərova Afaq Hilal qızı Bacı: Cəfərova Günay Hilal qızı Bacı: Cəfərova Sevinc Hilal qızı Bacı: Cəfərova Afət Hilal qızı Qardaş: Cəfərov Elşən Hilal oğlu Qardaş: Cəfərov Bayram Hilal oğlu Həyat yoldaşı: Xəlilov Rahib İbrahim oğlu Oğlu: Xəlilov Vüsal Rahib oğlu Oğlu: Xəlilov Xəyal Rahib oğlu Qızı: Xəlilova Vüsalə Rahib oğlu