📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Namiq
Cəfərzadə İsrayıl Namiq oğlu 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Cəfərzadə İsrayıl 2007-ci ildə Akif Qambayzadə adına 148 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Üç qardaşın ən kiçiyi olan İsrayıl məktəb illərində fəallığı ilə yadda qalıb. Cəfərzadə İsrayıl elə uşaq vaxtlarından fərqlənib. Belə ki, Yunan-Roma güləşi ilə məşğul olan İsrayıl bu idman növündə uğurlar əldə edib.
2015-ci ildə “Olimpiya Hərakatı” proqramı çərçivəsində Sabunçu rayonu üzrə keçirilən birincilikdə fəal iştirakına görə Milli Olimpiya Komitəsi tərəfindən 2-ci yerlə təltif olunub. Məktəb illərində həmyaşıdlarının və müəllimlərinin sevimlisinə çevrilən İsrayıl 2016-cı ildə 9-cu sinfi bitirərək peşə ixtisasına yiyələnmək qərarına gəlib. Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Texnoloji Qurğuların Operatoru” ixtisası üzrə təhsil alıb. Olimpiya oyunları zamanı könüllülər hərəkatının fəal üzvlərindən olaraq, müxtəlif madəni-kütləvi tədbirlərə qatılaraq öz tövfəsini verib.
2019-cu ildə təhsilini başa vurduqdan sonra İsrayıl həmin il iyul ayında vətənə borcunu vermək üçün hərbi xidmətə yollanıb. Xidmətinin ilk günlərindən seçilməyə başlayan Cəfərzadə İsrayıl gənc əsgərlərin andiçmə mərasimində təşkil olunan təntənəli tədbirdə nümunəvi çıxış edib. Onun nümunəvi çıxışı komandiri tərəfindən qiymətləndirilib və hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Xidməti müddətində nümunəvi əsgər olan İsrayıl öz israrı ilə xüsusi təyinatlı kəşfiyyat qrupunda kəşfiyyatçı olaraq, vətənə borcunu yerinə yetirib. Bir müddət sonra baş kəşfiyyatçı təyin edilib. Baş kəşfiyyatçı bölüyünün şəxsi heyəti arasında keçirilən yarışda silahın sökülüb yığılması üzrə 1-ci yerə layiq görülərək, təşəkkürnamə ilə təltif olunub. Fiziki imkanları ilə diqqət çəkən Cəfərzadə İsrayıl hərbi hissənin fiziki hazırlıq məşğələlərində ən yüksək nəticə göstərərək növbəti təşəkkürnaməsini alıb. Xidmət müddətində onun uğurları bununla bitməyib. O, növbəti təltifini 26 iyun 2020-ci ildə alıb. Azərbaycan Ordusunun 102-ci il dönümü ilə əlaqədar, döyüş hazırlığının nəticələrinə görə Fəxri Fərmanla təltif olunub. Həmçinin, xidməti müddətində Aprel döyüşləri ilə bağlı çəkilən filmdə də iştirak edib.
Cəfərzadə İsrayıl həmişə müqqəddəs torpaqları azad olunması üçün Ali Baş komandanın əmrini gözləyib. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ Müharibəsi ilk dəqiqəsindən baş kəşfiyyatçı kimi döyüşə atılıb. İki dostunun şəhid olmasından sonra o, dostu Əkbər Hüseynovun kimliyini taxaraq və Astanlı İqbalın qanlı köynəyini geyinərək xidmətini davam etdirib. O, şəhid dostları qarşısında, onların qisasını almaq üçün son damla qanına qədər vuruşacağına söz verib.
Cəfərzadə İsrayıl İkinci Qarabağ müharibəsi başlayan gündən kəşfiyyatçı əsgər olaraq, rəşadət göstərib. Talış və Suqovuşan istiqamətində strateji yüksəkliklərin azad olunmasında iştirak edib. Şəhid Cəfərzadə İsrayıl 20 nəfərlik kəşfiyyat qurupuna rəhbərlik edib. Minatəmizləyən qurğunun işləməsi səbəbindən 70 m enində olan minalanmış ərazini sünbə ilə təmizləyərək şəxsi heyyətin keçidini təmin edib.
Eyni zamanda, düşmənə məxsus 2 tankın məhv edilməsində müstəsna xidməti olub. Döyüşlərin gedişində oktyabrın 14-də boyun hissəsindən yaralanıb. O, yaralanmasına baxmayaraq xidmətinə davam edib. Son döyüşü oktyabrın 16-dan 17-nə keçən gecə olub. Döyüşdə alnından və sol qolundan yaralanıb, amma yenə də döyüşə davam edib. 530 yüksəkliyinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Yüksəkliyin alınması zamanı döyüş yoldaşları mühasirəyə düşüb. İsrayıl yoldaşlarını mühasirədən çıxarmaq məqsədi ilə pulemyotdan dəstək vermək qərarına qəlib. Onun səyi nəticəsində digər yoldaşları mövqelərini dəyişərək mühasirədən çıxa biliblər. Növbəti strateji yüksəklik uğrunda gedən döyüşdə mənfur düşmənin snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsrayıl Cəfərzadə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Vətənpərvər, mərd, cəsur insan idi.
Ata: Cəfərov Namiq Ağamusa oğlu Ana: Cəfərova Kəmalə İslaməli qızı Qardaş: Cəfərzadə Kamil Namiq oğlu Qardaş: Cəfərzadə Ruslan Namiq oğlu