Cəfərzadə Tarif Qədim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəfərzadə Tarif Qədim

Ata adı: Qədim

🐣
Doğum — Astara Pəlikəş kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Astara Pəlikəş kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub. 2019-cu ildə orta məktəbi başa vurub. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb.
Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub. 2019-cu ildə orta məktəbi başa vurub.2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Tarif Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə vuruşmuşdur. 6 noyabr 2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Sadəlövh, sakit, tərbiyəli insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Astara rayonu Pəlikəş kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərzadə Qədim Nəcəfəli oğlu Ana: Rusiyeva Mehparə Mirbala qızı Qardaş: Cəfərov Tamerlan Qədim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər