Cəlilov Devid Raufoviç
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəlilov Devid Raufoviç

Ata adı: Raufoviç

🐣
Doğum — Xaçmaz Xudat şəhəri
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Xaçmaz Xudat qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cəlilov Devid Rauf oğlu 2004-cü il fevral ayının 29-da Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. O, 2009-cu ildə Kərim Məhərrəmov adına tam orta məktəbin birinci sinifinə daxil olub. Devid məktəb vaxtı  idmanın karate, güləş, boks, üzgüçülük növü ilə məşğul olub. O yarışlarda nailiyyət göstərib. O, 2021-ci ildə həmin məktəbdən məzun olub.

Devid  Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayır. O, daha sonra xidmətini Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirir.

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən gedən döyüş əməliyyatlarında Devid böyük şücaət göstərir.

19 sentyabr 2023 ildə Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı. Devid də  əsgər yoldasları ilə birgə döyüşə qatıldı.

O, qızğın döyüşlər zamanı özü yaralansa da, yaralı halda döyüş ərazisindən yaralıları çıxarmaqda köməklik göstərmişdir və dahada irəli can atmışdır. Devidin döyüş yoldaşları, gecə döyüş səngiyən zaman, gəl yaranı sarıyaq, get xəstəxanaya müalicə al desələrdə, "Torpaq bizimdir, biz alacağıq, ancaq irəli" demişdir.

O,  sentyabın 20-də Papravənd Agdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.

Devid təntənəli mərasimlə Xaçmaz rayon  Xudat qəbiristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər  zamanı göstərdiyi igidliyə görə Cəlilov Devid, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "3-cü dərəcəli Vətənə xidmət" ordeni və "Vətən uğrunda" medalı il təltif olunub.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsinin sözlərinə əsasən Devid ailəcanlı, mehriban və səmimi insan idi. Hər kəslə mehriban rəftar edər, hər kəsə yardım etməyə çalışardı. Uşaq yaşlarından polis olmağa marağlı olan Devid, hərbi xidmətdən sonra polis olacağını deyirdi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xudat şəhəri, 3 nömrəli məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəlilov Rauf Hacıyeviç Ana: Cəlilova Sevinc Muxtar qızı Bacı: Ağarəhimova Cəmilə Rauf qızı Bacı: Cəlilova Naida Rauf qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər