Cəlilov Xaləddin Asəf
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cəlilov Xaləddin Asəf

Ata adı: Asəf

🐣
Doğum — Rusiya Federasiyası Sankt-Peterburq şəhəri
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Ağstafa Yenigün kənd qəbirsanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Əslən Ağstafa rayonundandır. 2008-2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildə Ağstafa rayonunun icra hakimiyyəti tərəfindən "İlin idmançısı" adına layiq görülmüşdür. 2019-2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alsa da, 2020-ci ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Subay idi.

Xaləddin Cəlilov 2020-ci ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağstafa rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəcanlı, qohumcanlı, hörmətcil insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayonu, A.Abdullayev adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəlilov Asəf Xaləddin oğlu Ana: Yeganə Cəlilova Hüseyn qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər