Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İldırım
Təbriz Cüməzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006–2017-ci illərdə Mingəçevir şəhərində İ. Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Təbriz Cumuzadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində şəhid olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cüməzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cüməzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cüməzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Təbriz Cüməzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anası Əbdürrəhimova Ülviyyə: Cüməzadə Təbriz İldırım oğlu 2000 ci il fevralın 2 də Oğuz rayon Xaçmaz kəndində dünyaya gəlib. 2006-2017-ci illərdə Mingəçevir şəhər İlqar Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təbrizi məktəbdə müəllimələridə çox istəyib həmdə müəllimələr həmişə iclaslar olanda Təbriz haqqında xoş sözlər deyirdilər. Təbriz çox vətənpərvər oğul olub. 2 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmışdır. 2019-cu ildə isə hərbi xidmətini başa vurmuşdur. Təbriz hərbi xidmətini Bakıda Təlim Tədris Mərkəzində keçmişdir. Hərbi xidmətdədə çox sevilən, nümünəvi əsgər olmuşdur. 2020-ci il sentyabrın 27 də başlanan Vətən müharibəsi ilə əlaqədar olaraq ölkəmizdə elan olunmuş qismən səfərbərliklə sentyabrın 29-da cəbhəyə getmişdir. Gəncədə N saylı hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsinə yollanmışdır. Təbrizin 41 günlük döyüş yolu Fizuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Bu rayonların alınmasında igidlik göstərmişdir. Şuşa şəhərinin alınmasında böyük şücayət göstərmişdir və Şuşanı aldıqdan sonra Təbriz başından aldığı snayper gülləsiylə qəhrəmancasına şəhid olmuşdur. Təbrizlə noyabrın 6-da danışmışıq və son danışığımız olub. Təbrizin son olaraq dediyi söz bu olub: MƏN DƏ SİZİ ÇOX İSTƏYİRƏM....
Şəhid olacağını da bilirdi çünki mənə demişdi ki, ana mənlə fəxr eliyərsiz mən şəhid olacam ... Təbriz Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həmçinin Cüməzadə Təbriz 44 günlük müharibənin Mingəçevir Şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuş 44 cü şəhididir.
Adın Vətən Özün Vətən
Cəbrayılda Fizulidə
Xocavənddə izin Vətən
Sən Şuşanı azad edən
TƏBRİZSƏN.....
Ata: Əbdürəhimov İldırım Cumu oğlu Ana: Əbdürrəhimova Ülviyyə Oktay qızı Qardaş: Cumuzadə Qorxmaz İldırım oğlu