Dadaşov Elvin İmanqulu
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Dadaşov Elvin İmanqulu

Ata adı: İmanqulu

🐣
Doğum — Neftçala Qoltuq qəsəbəsi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Neftçala Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin Dadaşov 1993-cü il avqustun 14-də Neftçala şəhərində anadan olub. Türkan xanımla ailəli idi, bir oğlu var.
Azərbaycan Ordusunun giziri olan Elvin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Dadaşov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Elvin mehriban və səmimi idi. Ən böyük arzusu övladını böyüdüb boya başa çatdırmaq idi. Lakin vətən sevgisi bu arzunu yarımçıq saxladı. O, övladını cəmi bir dəfə görə bildi. Elvin 2 dəfə yaralanmasına baxmayaraq, sağalıb yenidən döyüşə qayıtdı. Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayon, Əlif Piriyev adına 2 saylı tam orta məktəb
İş Yeri N saylı hərbi hissə
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Dadaşov İmanqulu Allahverdi oğlu Ana: Dadaşova Sevinc Şücaət qızı Həyat yoldaşı: Dadaşova Türkan Mübariz qızı Oğlu: Dadaşzadə İmanqulu Elvin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər