Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ramis
Əzizağa Ramis oğlu Dadaşov 1994-cü il iyulun 1-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub.
Əzizağa Dadaşov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əzizağa Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mehriban, mülayim, səmimi bir insan olub. Atasız qaldığı üçün körpə yaşlarından anasına kömək idi. Natamam orta təhsilini başa vurub, təhsili davam etdirmədi.
Ata: Dadaşov Ramis Əzizağa oğlu Ana: Məmmədova Həlimə Ağababa qızı Bacı: Dadaşova Bibixanım Ramis qızı Bacı: Məlikli Səbinə Ramiq qızı