Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Ata adı: Vaqif
Orxan Dadaşov 1996-cı il fevralın 25-də Ağdam rayonunun Mirəşelli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Dadaşov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Dadaşov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dadaşov Orxan “Laçının azad olunmasına görə” medalı ilə tətif edilib.
Çox saf bir uşaq idi, zəhmətkeş, ailəsinə bağlı, cəsur döyüşçü olub.
Ata: Dadaşov Vaqif Ənvər oğlu Ana: Dadaşova Gülnarə Mehdi qızı Qardaş: Dadaşov Saleh Vaqif oğlu