Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Məhyyəddin
Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub.
2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb.
2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb.
2020-ci ildə magistratura pilləsinə qəbul olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Seyfəddin Dadaşov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Seyfəddin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qoşulub. Döyüşlər zamanı ayaq nayihəsindən yaralanıb hospitala göndərilsə də, orada sadəcə 2 gün qalıb və yenidən döyüşlərə qatılmaq üçün ön cəbhəyə qayıdıb Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, xüsusi sücaət və qəhrəmanlıq göstərib. Oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyləqan rayonu, Mayak kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Seyfəddin Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, gülərüz, vətənpərvər, məsuliyyətli, nümunəvi, dostcanlı insan kimi xatırlanır
Ata: Dadaşov Məhyyəddin Kamran oğlu Ana: Məmmədova Nəzakət İsmayıl qızı