Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Zülfüqar
Hüseyin Dadaşzadə 27 may 1996-cı ildə Ağsu rayonunda anadan olub. Ağsu şəhər A.Nadirov adına 1 saylı məktəb-liseyi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə gedib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Hüseyn Dadaşzadə Vətən müharibəsində könüllü olaraq qatılmış, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Srəncamına əsasən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və “Laçınının azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İgid döyüşçü olub. Hərbiçi yoldaşlarının deməsinə görə heç nədən qorxusu olmayıb.
Ata: Talıbov Zülfüqar Dadaş oğlu Ana: Talıbova Gülsüm Paşa qızı Qardaş: Talıbov Dilqəm Zülfüqar oğlu Qardaş: Talıbov Rəşid Zülfüqaür oğlu Qardaş: Dadaşzadə Xalid Zülfüqar oğlu Qardaş: Talıbov Vüqar Zülfüqar oğlu