Surələrin fəziləti | Ali-İmran surəsi #8
Cavab gəlmir
Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Ata adı: Elman
Dadaşzadə Kənan Elman oğlu 01.06.2001-ci ildə Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olub.
Dadaşzadə Kənan Elman oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il sentyabrın 29-da tarixdə Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “İgidliyə” görə, “Laçının” azad olunması medalı, “Suqovuşanın” azad olunması medalı, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Dadaşzadə Kənan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, qorxmaz, mehriban insan idi.
Ata: Dadaşov Elman Museyib oğlu Ana: Feyziyeva Şəkurə Ağasəf qızı Qardaş: Museyibzadə Aqşin Elman oğlu