Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Seymur
Şəhid Daşdəmirov Elmar Seymur oğlu Salyan rayonunda dünyaya göz açıb.
Azərbaycan Ordusunun əsgəri olan Elmar Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 18-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Daşdəmirov Elmar ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib. Salyan rayonunda Vətən müharibəsi şəhidi Elmar Daşdəmirovun xatirəsi əbədiləşdirilib və onun adı verilmiş bulaq istifadəyə verilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmar Daşdəmirovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, mehriban, vətənpərvər bir insan kimi xatırlanır.
Ata: Daşdəmirov Seymur Mükafat oğlu Ana: Daşdəmirova Yasəmən Həmdulla qızı Qardaş: Daşdəmirov Rəşad Seymur oğlu