Daşdəmirov Orxan Rəfail
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Daşdəmirov Orxan Rəfail

Ata adı: Rəfail

🐣
Doğum — Xaçmaz Hülovlu kəndi
🕊️
Şəhadət — Murovdağ Murovdağ
📍
Dəfn Olunduğu Yer Xaçmaz Hülovlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Daşdəmirov 2001-ci il yanvarın 27-də Xaçmaz rayonunun Hülövlü kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Daşdəmirov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaq yaşlarından vətənə sevgi ilə böyüyüb. Dostlarının və tanışlarının bildirdiyinə görə, Orxan mərd, mədəni və vətənpərvər olaraq böyüyən bir uşaq olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu, Hülovlu kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Daşdəmirov Rəfail Əlipənəh oğlu Ana: Daşdəmirova Əfsanə Əlbəndə qızı Bacı: Daşdəmirova Leyla Rəfail qızı Bacı: Daşdəmirova Mələk Rəfail qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər