Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Məzahir
Rəvan Daşdəmirov 6 mart 1994-cu ildə Gəncə şəhərində Məzahir Daşdəmirovun ailəsində anadan olmuşdur. 2000-2011-ci illərdə Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin "İnfomasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. Subay idi.
Rəvan Daşdəmirov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən təxris olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Rəvan Daşdəmirov da səfərbər olunmuş, həmin ilin sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rəvan Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəvan Daşdəmirov 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 2 gün sonra, 29 oktyabr tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Rəvan Daşdəmirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Daşdəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəvan Daşdəmirov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Anasına çox bağlı idi, bacılarını kiçik qardaş kimi deyil, böyük qardaş kimi qoruyurdu. Hərkəslə xoş, mehriban davranardı. Dostları və müəllimləri onunlaolan xatirələri yada salanda danışdıqca bitirə bilmir, çox tərbiyəli və gözəl xasiyyətə malik insan olduğunu söyləyirlər.
Ata: Daşdəmirov Məzahir Qüdrət Ana: Daşdəmirova Şəhla İsaq Bacı: Daşdəmirova Aynurə Məzahir Bacı: Daşdəmirova Türanə Məzahir