Daşdəmirov Taleh Fərhad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Daşdəmirov Taleh Fərhad

Ata adı: Fərhad

🐣
Doğum — Şəki Qoxmuq kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Şəki Qoxmuq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Taleh Daşdəmirov 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində Fərhad Daşdəmirovun ailəsində anadan olmuşdur.[1] 2001-ci ildə ailəsi ilə birgə Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçmüşdür. 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Taleh Daşdəmirov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin snayperdən açdığı atəş nəticəsində şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 26 dekabr 2020-ci ildə doğulduğu Şəki rayonunun Qoxmuq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Daşdəmirov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Taleh Daşdəmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, igid, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fərhad Daşdəmirov Ana: Xalidə Daşdəmirova

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər