📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Rəfail
Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin" "Menecment" fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu "N2 saylı hərbi hissədə xidmət etmişdir. Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. Daha sonra 2017-ci ildə "SOCAR"-ın "Təhlükəsizlik idarəsinin" mühafizəçisi vəzifəsində çalışmağa başlamışdır.
Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən biri idi. 2-ci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı.
5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq Şəhidlik zirvəsinə yüksəlir.
Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin Fərmanına əsasən "Vətən uğrunda" "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tural Dəmirçiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, qoçaq, mərd insan olub.
Ata: Dəmirçiyev Rəfail İsabalı oğlu Ana: Dəmirçiyev İsa Rəfail oğlu Qardaş: Dəmirçiyev İsa Rəfail oğlu Qardaş: Dəmirçiyev Ramal Rəfail oğlu