Dəmirov Ədalət Nüsrət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Dəmirov Ədalət Nüsrət

Ata adı: Nüsrət

🐣
Doğum — Göyçay Aşağı Qaraməryəm kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Göyçay Aşağı Qaraməryəm kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

2001-ci ilin 9 noyabr tarixində də anadan olan Ədalət Dəmirov orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb. Ə.Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra - oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. Atası Nüsrət Dəmirov deyir ki, sonuncu dəfə Ədalətlə sentyabr ayında danışıblar: "Onda səhhətinin yaxşı olduğunu, xidmətinin bitməsinə az qaldığını söylədi. Onda heç kim bilmirdi müharibə olacaq. Sentyabrın 27-də müharibə başladı. Daha onunla danışa bilmədik. Sonuncu dəfə qonşudakı dostuna zəng vuraraq müharibəyə getdiyini deyib. Dostuna tapşırıb ki, evdəkilərə demə, qoy narahat olmasınlar”. 
Ədalət Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Ədalət Dəmirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ədalət Dəmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ağır təbiətli, utancaq, təbiyəli oğlan idi. Sakit təbiəti, saflığı, zəhmətkeşliyi ilə kənddə hörmət qazanmışdı. Tərbiyəli və saf uşaq idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay rayonu, Aşağı Qaraməryəm kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Dəmirov Nüsrət Ədalət oğlu Ana: Dəmirova Ruhiyyə Xəlil qızı Bacı: Dəmirova Billurə Nüsrət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər