Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vüqar
İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı.
Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və şəhid olmuşdur. İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir.
Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır.
Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsgəndər Dövlətli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Mehriban, xoşxasiyyətli, çalışqan, vətənpərvər bir gənc olub.
Ata: Dövlətov Vüqar Tarverd oğlu Ana: Səmədova Nəzmiyyə Fail qızı Həyat yoldaşı: Dövlətli Dilarə Balabəy qızı Oğlu: Dövlətli İsmayıl İskəndər oğlu Bacı: Dövlətli Cəmalə Vüqar qızı