Dövlətov Zaur Zahir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Dövlətov Zaur Zahir

Ata adı: Zahir

🐣
Doğum — Lənkəran
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Abşeron Xırdalan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Şuşa ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zaur Dövlətov 9 mart 1995-ci ildə Abşeron rayonunda anadan olmuşdur.  Əslən Lənkəran rayonundandır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində ali təhsil almışdır. Müharibəyə qədər Türkiyənin Antalya ilinin Kəmər ilçəsindəki beşulduzlu otellərin birində animator olaraq çalışırdı. Subay idi.

Zaur Dövlətov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Dövlətov 9 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmışdır və 3 gün sonra 12 noyabr tarixində müalicə aldığı xəstəxanada şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Dövlətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Dövlətov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Dövlətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Zaur Dövlətov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Musiqi dinləmək, futbola baxmaq, səyahət etmək, müxtəlif dillər öyrənmək, təhsilini artırmaq onun əsas maraqları idi. Vətənpərvər, cəsur, fədakar, yardımsevər, bacarıqlı, təmiz qəlbli, mehriban, gülərüz, şən insan olduğu bildirilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xırdalan şəhər 2 saylı orta məktəb.
Ali Təhsil Azərbaycan Memarlıq və İnşaat Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Dövlətov Zahir Əli oğlu Anası: Dövlətova Almaz Rəcəb qızı Qardaş: Dövlətov Elnur Zahir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər