Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fazil
Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub. Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan кənd tam orta məкtəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir.
Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı.
Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Mülayim, xeyirxah, vətənpərvər oğul idi.
Ata: Dursunov Fazil İslam oğlu Ana: Dursunova Mirvari Murad qızı Həyat yoldaşı: Dursunova Məryəm Əlibala qızı Oğlu: Dursunov İsa Fərid oğlu Oğlu: Dursunov Ömər Fərid oğlu