📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Əlləz
Zeynali Əlləz oğlu Dursunov 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axıska türklərindəndir. 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olan Zeynalı 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014-2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub.
Zeynalı 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra fərdi təsərrüfatda işləyib.
Zeynalı II Qarabağ Müharibəsi zamanı işğal altında olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. O, oktyabrın 14-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zeynalı Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Dursunov Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında da fərqləndiyi üçün Prezident İlham Əliyevin Sərəncamına müvafiq, ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Habelə ölkə Prezidentinin digər Sərəncamına uyğun olaraq, şəhidimiz müharibə zamanı döyüş tapşırıqlarını cəsarət və fədakarlıq göstərərək yerinə yetirdiyi üçün ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə də təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zeynalı Dursunov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Zəhmətkeş bir ailədə doğulub. 4 bacının yeganə qardaşı olub, sevimli, ailə üzvlərinə həddindən artıq bağlı olub. Uşaqlıqdan idmanla məşğul olub, fiziki cəhətdən çox sağlam olub.
Ata: Dursunov Əlləz Səhrab oğlu Ana: Dursunova Şairəxan Əli qızı Qardaş: Dursunov Binalı Əlləz oğlu Bacı: Qəhrəmanova Ayişəgül Əlləz qızı Bacı: Dursunova Fatmagül Əlləz qızı Bacı: Dursunova Esmira Əlləz qızı Bacı: Dursunova Elif Əlləz qızı