Əfəndiyev Nurlan Mürvət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əfəndiyev Nurlan Mürvət

Ata adı: Mürvət

🐣
Doğum — Oğuz Xalxalqışlaq kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Oğuz Xalxalqışlaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyümüşdür. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnmişdir. Ən böyük arzusu yanğınsöndürmə işində işləmək idi. İdmanın qaçış növü ilə məşğul olmuş, rayon yarışlarında iştirak etmişdir.


Nurlan Əfəndiyev 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Dəfələrlə komandanlıq tərəfindən 
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Nurlan Əfəndiyev oktyabrın 6-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Nurlan Əfəndiyev oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurlan Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Nurlan uşaqlıqdan zəhmətkeş nizam-intizamlı uşaq olub. O hər kəsin sevgisini qazanmağı bacaran biri olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu, Xalxal Qışlaq kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əfəndiyev Mürvət Şəfi oğlu Ana: Abdullayeva Mahniyar Abdulla qızı Qardaş: Əfəndiyev Tehran Mürvət oğlu Bacı: Əfəndiyeva Türanə Mürvət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər