Əhədli Baloğlan Şakir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əhədli Baloğlan Şakir

Ata adı: Şakir

🐣
Doğum — Lənkəran Gəgiran kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Lənkəran Gəgiran kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Baloğlan Əhədli 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur. 2020-ci ilə qədər Lənkəran rayon Gəgiran kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Baloğlan Əhədli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Baloğlan Əhədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın, Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baloğlan Əhədli 6 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Lənkəran rayonunun Gəgiran kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Baloğlan Əhədov  ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Çox sakit, tərbiyyəli, ailəcanlı bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Gəgiran kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhədov Şakir Qəni oğlu Ana: Əhədova Xanım Həsənağa qızı Bacı: Nəzərova Ramella Şakir qızı Bacı: Əhədova Ofelya Şakir qızı Bacı: Əhədova Gülcahan Şakir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər