Əhədov Tural Rahil
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Əhədov Tural Rahil

Ata adı: Rahil

🐣
Doğum — Lerik Çökərə kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Lerik Çökərə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Rahil oğlu Əhədov 22 noyabr  1993-cü ildə Lerik rayonunun Çökərə kəndində anadan olub. 2 qardaş, 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə Lerik rayon Lələhiran kənd orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2012-ci ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə leytenant rütbəsi alaraq məktəbi tankçı kimi bitirib. 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunda oxuyan Tural kursu müvəffəqiyyətlə başa vurduqdan sonra 052-nin "N" saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Kəşfiyyatçı Artilleriya Korrektəedici" ixtisası kursunu fərqlənmə ilə bitirib. Həmin il leytenant Əhədov baş leytenant rütbəsinə yüksəlib. 30 aprel 2020-ci ildə 052 nömrəli hərbi hissənin yaranmasının 21-ci ildönümünün qeyd edilməsi münasibəti ilə nizam-intizamı ilə seçildiyinə görə baş-leytenant Tural Rahil oğlu Əhədov general-leytenant Hikmət Mirzəyev tərəfindən "Fəxri Fərman"la təltif olunub. Bundan başqa Tural nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif edilib. 2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant Tural Əhədov qrup komandirinin müavini, sonra isə qrup komandiri kimi qatılıb, torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ata-qut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirib, çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüş zamanı baş leytenant iki döyüş yoldaşı ilə birgə düşmən tərəfindən mühasirəyə alınıb. Bu zaman Tural düşmənə sinə gərərək 70-ə yaxın canlı qüvvəsini məhv edib.
Tural Əhədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, xoşrəftar, qayğıkeş, sözübütöv, vətənpərvər bir gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanski adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhədov Rahil İsmayıl oğlu Ana: Əhədova Sahibə İltifat qızı Bacı: Nağıyeva Aynur Rahil qızı Qardaş: Əhədov Məhəmməd Rahil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər