📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Ağacan
Elsevər Əhədzadə 3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasina qəbul olmuşdur. Universiteti yüksək nəticələr ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağırılmışdır. Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurmuşdur.
Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir neçə tikinti şirkətində çalışmışdır.
21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən müharibəsi”-nin ilk günlərindən döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarında iştirak etmişdir 21.10.2020-ci il tarixində Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elsevər Əhədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, qayğıkeş, vətənpərvər insan olub.
Ata: Əhədov Ağacan İbrahim oğlu Ana: Əhədova Dilbər Tahir qızı Qardaş: Əhədzadə Fərid Ağacan oğlu