📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Anar
Əhmədli Əhməd Anar oğlu 2001-ci il 20 noyabrda Sabirabad rayonunun Poladtuğay kəndində dünyaya gəlib.Təhsilinin bir qismini Salyan rayonu Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbində,bir qismini isə Sabirabad rayonunu Poladtuğay kəndində Mahir İsmayılov adına tam orta məktəbində alıb və 2020-ci ilin 6 yanvarında hərbi xidmətə yollanıb.
Əsgərliyini Goranboy “N” saylı hərbi hissəsinin quru qoşunlarının daxilində çəkib.İri çaplı ağır silahdan atəş açmağın sirlərini dərindən öyrənib və atıcı kimi fərqlənib. Müharibə başlayanda Əhməd doqquz aya yaxın idi ki, düşmənlə sərhəddə xidmət edirdi, son vaxtlar daha çox mülki əhali yaşayan kəndlər hədəf seçilir, dinc əhali arasında ölən və yaralananlar olurdu. Bu hamı kimi əsgərlərimizin də qəzəbini alovlandırır, düşmənə olan nifrətini artırır, döyüş ruhunu yüksəldirdi.
Müharibə başlayanda haqq savaşına qalxan oğullardan biri də Əhməd idi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə qatılıb, 3 oktyabr günü ağır və şiddətli döyüşlərdən birində şəhidlik məqamına ucalıb
Şəhid Əhməd Əhmədli Poladtoğay kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əhməd Əhmədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əhməd Əhmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elini obasını sevən, ata-anasının qayğısına qalan, hər cəhətdən mükəmməl bir insan olub.
Ata: Əhmədov Anar Ələsgər oğlu Ana: Əhmədova Güləbətin Bəxtiyar qızı Qardaş: Əhmədov Əhəd Anar oğlu Bacı: Əhmədli Aytən Anar qızı