Əhmədli Elməddin Gülverən
Ҫavuş
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədli Elməddin Gülverən

Ata adı: Gülverən

🐣
Doğum — Biləsuvar Təzəkənd kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Biləsuvar Təzəkənd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Ҫavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni  ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Elməddin çox mehriban, ailəsinə qarşı diqqətcil və qayğıkeş biri idi. Vətənini canından çox sevirdi. Cəsur, qorxmaz mərd bir igid idi. Döyüş yoldaşları onun döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olduğunu deyirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ruslan Şirinov adına Təzəkənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhmədov Gülverən Əhməd oğlu Ana: Muradova Reyhan İman qızı Qardaş: Əhmədli Camal Gülverən oğlu Qardaş: Əhmədli Kamran Gülverən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər