Əhmədov Asif Vasif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Asif Vasif

Ata adı: Vasif

🐣
Doğum — Şəki Oxud kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şəki Oxud kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Asif Vasif oğlu Əhmədov 2001-ci il aprelin 4-də Şəki rayonunun Oxud kəndində dünyaya gəlib. 2006-cı ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılan Asif, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 21-i Füzulinin Gecəgözlü kəndində şəhidlik zirvəsinə yüksəlib. Asif Əhmədov oktyabrın 25-də Şəki rayonunun Oxud kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub.
Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Asif Vasif oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Arzusu şəhid olmaq olub. Anası səbəbini soruşduqda cavabında deyibki, hər kəsə qismət olmur o zirvə.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki rayonu, Oxud kənd Nurpaşa Hümmətov adına məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhmədov Vasif Ağadur oğlu Ana: Əhmədova Mahirə Nazim qızı Qardaş: Əhmədov Allahverdi Vasif oğlu Bacı: Əhmədova Mədinə Vasif qızı Qardaş: Əhmədov Ağasif Vasif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər