Əhmədov Cavanşir Elxan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Cavanşir Elxan

Ata adı: Elxan

🐣
Doğum — Abşeron Xırdalan şəhəri
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Bərdə Alpoud kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Qubadlı ⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavanşir Əhmədov Elxan oğlu 2001-ci il may ayının 6-sı Xırdalan şəhərində anadan olmuşdur. 2007-ci ildə Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məkdəbində təhsil almağa başlamışdır. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib: ağır atletika ilə məşqul olmuş və bir neçə uğura imza atmışdır. 2018-ci ildə, orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində yerləşən "Odlar Yurdu" Kollecinə daxil olub.

Cavanşir Əhmədov 8 iyul 2019-cu ildə təhsilini donduraraq, müddətli hərbi xidmətə yollanmışdır. Xidmətin bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020 - ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır və Cavanşir Əhmədov müxtəlif istiqamətlərdə döyüşlərə qatılmışdır. Qubadlı, Zəngilan və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin 4 noyabr tarixində Laçın rayonunun Səfiyan kəndində vuruşmuşdur, hətta qolundan yaralansa belə, yarasını sarıyıb, yenidən döyüşə davam etmişdir. Yaralı olduğu halda, döyüş yoldaşına kömək etmək istəyərkən, güllə böyrək nahiyyəsinə tuş gəlmişdir və Cavanşir Əhmədov şəhid olmuşdur. Cavanşir Əhmədovun nəşi 26 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilmişdir və böyük izdihamla Bərdə rayonunun Alpoud kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavanşir Əhmədov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban və cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xırdalan şəhər 1 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əhmədov Elxan İnşallah oğlu Ana: Əhmədova Vəfa Yaqub qızı Qardaş: Əhmədov Babək Elxan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər