Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Xeyrulla
Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək, hərbi xidmətə yollanır.
Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamları ilə Cavanşir Əhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi.
Ailənin ikinci övladı olub. Sakit təbiətli, ailəcanlı, gülərüz idi. Heyvanları çox sevirdi. Uşaqlığı dəniz kənarında keçib. Cavanşir ilk vaxtlar məktəbə getməyi sevməsə də sonradan çox yaxşı oxumağa başlayıb.
Ata: Əhmədov Xeyrulla Misir oğlu Ana: Əhmədova Gülnarə Şura qızı Qardaş: Əhmədov Misir Xeyrulla oğlu