Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Səmrəddin
Elbrus Səmrəddin oğlu Əhmədov 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 8-ci sinifdə oxuyarkən Heydər Əliyev adına Hərbi Liseyə gedib, Elbrus hərbi liseyi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasının aviasiya fakültəsini bitirərək leytenant rütbəsi alır və DSX-nın sıralarında xidmət edir.
30 noyabr 2021-ci il saat 10:40-da Xızı rayonu Qaraheybət paliqonundan təlim üçün havaya qalxan Mil Mi-17 döyüş helikopteri qəzaya uğrayır və nəticədə 16 zabit heyətindən 14-ü ölür, 2-si isə yaralanır.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əhmədov Elbrus "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əhmədov Elbrus ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, cəsarətli, igid insan idi
Ata: Əhmədov Səmrəddin