Əhmədov Emil Bahadur
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Əhmədov Emil Bahadur

Ata adı: Bahadur

🐣
Doğum — Bakı Yasamal rayonu
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Emil Əhmədov 26 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra aşbazlıq məktəbini bitirmişdir. Onun atası Bahadur Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olub.

Həqiqi hərbi xidmətini Gəncədə yerləşən hərbi hissələrdən birində başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə çavuş kursunda iştirak edib. Hərbi təhsilin ardınca üç illik müqavilə ilə çavuş kimi xidmət edib. Sonra isə nümunəvi xidmətinə görə müqaviləsi uzadılaraq TTM-də gizir kursuna göndərilib. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilib.

2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.
Azərbaycan Ordusunun giziri olan Emil Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrutın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Əhmədov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Emil Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Qorxmaz, gülərüz, bacarıqlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhər 20 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Əhmədov Bahadur Habil oğlu Ana: Əhmədova Esmira Tofiq qızı Həyat yoldaşı: Əhmədova Vüsalə Əlirza qızı Oğlu: Əhmədov Bahadur Emil oğlu Oğlu: Əhmədov Tofiq Emil oğlu Bacı: Əhmədova Elnarə Bahadur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər